PESTİSİD NƏDİR?
Pestisid sözü latınca “pestis” – yoluxucu xəstəlik – və “sido” – öldürürəm, məhv edirəm – sözlərinin birləşməsindən yaranmış terminologiyadır.
Pestisidlər bitki zərərverici və xəstəliklərinə, həmçinin, alaq otlarına qarşı mübarizədə istifadə olunan effektiv vasitədir.
Pestisidlər taxıla və taxıl məhsullarına, pambıq məmulatları, yun, dəri, eyni zamanda insan və heyvanlarda təhlükəli xəstəlik yayanlara qarşı mübarizədə də istifadə edilir.
Bu dərman vasitələrindən kənd təsərrüfatında yetişdirilən məhsulları ziyanvericilərdən qorumaq, bitkilərin məsuldarlığını artırmaq üçün istifadə edilir.
PESTİSİDLƏRİN NÖVLƏRİ VƏ KİMYƏVİ TƏRKİBİ
Pestisidlər kimyəvi tərkibinə görə iki qrupa ayrılır: üzvi birləşmələr və qeyri-üzvi birləşmələr.
Son 60-70 ildə üzvi pestisidlərin istifadəsi daha yüksək miqdarda istifadə edilməyə başlanıb.
Pestisidlər istifadə məqsədinə görə aşağıdakı əsas qruplara bölünür:
İnsektisidlər – həşəratlarla mübarizə üçün nəzərdə tutulub
Akarisidlər – gənələri məhv etmək üçün preparatlar
Nematosidlər – nematod xəstəliyinin törədicisi olan girdə qurdları məhv etmək üçün
Fungisidlər – müxtəlif bitki xəstəliklərinə qarşı mübarizədə istifadə edilir
Bakterisidlər – bakteriyalarla mübarizədə istifadə edilir
Virisidlər – viruslar məhv etmək üçün
Herbisidlər – alaq otlarını məhv etmək üçün faydalıdır
Zoosidlər – gəmiriciləri qarşı istifadə edilir
Antifidinqlər – cücülərə qarşı istifadə edilir
Molyuskosidlər – zərərli ilbizlərə qarşı istifadə edilir
Azərbaycanda ən çox istifadə edilən bitki dərmanları - pestisidlər
Azərbaycanda kənd təsərrüfatı sektorunda ən çox herbisidlər, insektisidlər və funkisidlər istifadə edilir. Bu maddələrə tələbat hər il daha da artır.
Pestisidlər zərərli orqanizmləri necə məhv edir?
Təsir mexanizminə görə pestisidlər fərqli qruplara ayrılır:
həşaratların hər hansı orqanına toxunmaqla onları məhv edən zəhərlər;
həşəratlara həzm sistemi vasitəsi ilə təsir edənlər;
sistemli təsir göstərənlər;
həşaratların tənəffüs yolu ilə təsir edənlər;
Alaq otları ilə mübarizədə tətbiq olunan herbisidlər də bir neçə fərqli qrupa ayrılır: kütləvi təsir edənlər və selektiv təsir edənlər.