ORQANIK GÜBRƏLƏR
Orqanik gübrələrin tərkibi dəyərli mikroflora ilə çox zəngindir. Tərkibindəki bütün qidalı maddələr (üzvü birləşmələr və minerallar) bitkilərin asan və daha tez mənimsəyə biləcəyi hala gəlir. Bitkilərdə yaranan xəstəliklərin qarşısını alır, məhsul artımına əhəmiyyətli dərəcədə təsir edir.
Orqanik gübrənin torpağa və bitkilərə müsbət təsiri:
- Torpağın humus tərkibini zənginləşdirməklə onun məhsuldarlığını yüksəldir;
- Torpağın bioaktivliyini və humifikasiya prosesini yaxşılaşdırır;
- Torpağın mikflorasını aktivləşdirir;
- Torpağın su balansını və strukturunu yaxşılaşdırır;
- Ağır metallar və radionukleidləri əlaqələndirir;
- Torpağın özünübərpa prosesini sürətləndirir;
- Torpağın təkrar kultivasiya edilməsi üçün preparat kimi istifadə edilir;
- Bitkilərdə qidall maddələrin sovrulmasını yaxşılaşdırır;
- Maddələr mübadiləsini və fotosintezi sürətləndirir;
- Bitkilərin immun sistemini möhkəmləndirir;
- Kök sisteminin inkişafını gücləndirir;
- Fitoleksinlərin ifrazını stimullaşdırır;
- Bitki mənşəli məhsulların satış dəyərini yüksəldir.
Orqanik gübrələr heyvan mənşəli tullantıların utilizasiya prosesində, bioloji aktiv yem əlavələrinə qatılmaqla heyvanlarda biostimullaşdırıcı kimi və s. sahələrdə geniş tətbiq edilir.