Bitkilərin həyatında mikroelementlərin böyük rolu var. Mikroelementlər fermentlərin, vitaminlərin, hormonların tərkibinə daxildir və orqanizmdə bir sıra mübadilə reaksiyalarının gedişində iştirak edir. Mikrogübrələrin hamısı fizioloji fəallığa malikdir. Onların yüksək dozası zəhərləyici təsirlidir. Mikroelementlərin
Məlumdur ki, manqan, dəmir, kobalt, mis, sink və bor tərkibində üzvi birləşmələr olan davamlı komplekslər yaradır.
Mikroelementlər bitkiyə kation və anionların daxil olmasına təsir edir. Təcrübələrlə müəyyən olunmuşdur ki, bor, molibden, manqan bitkinin orqanlarında kalium, kalsium və azotun miqdarını nizamlayır. Torpaqda və bitkidə mikroelementlərin miqdarı makroelementlərdən yüz və min dəfələrlə azdır.
Bitkidə mikroelementlər çatışmadıqda onda vitaminlərin miqdarı azalır (tiamin, askorbin turşusu və riboflavin). Mikroelement azlığından kök sistemi zəifləyir, yerüstü hissədə zoğun uc hissəsi böyümədən dayanır. Yuxarı yarpaqlar qıvrılıb formasını itirir, bitkinin boy nöqtəsi quruyur, çiçəklər tökülür.