MAYE GÜBRƏLƏR

Maye gübrəsi məhsudarlığı artırır,bitkini gücləndirir, bitkinin immun sistemini yaxşılaşdırır, xəstəliyə davamlılığını, məhsulun dad və ətrində təbiiliyini daha da artırır. Bundan başqa bitkinin zoğunu möhkəmləndirir, yarpaqlarda xlorofilin miqdarının artırır.

Bütün növ toxumları torpağa əkməmişdən qabaq maye gübrədə 1 gün saxlayıb sonra torpağa əkiləndə toxumlar həm tez çıxış verər həmdəki çıxış vermə faizi daha artıq olar.

Tərkibini azot, fosfor, kalium, maqnezium, üzvi gübrə, amin turşuları və.s təşkil edir.

Mineral gübrələr aqrokimyəvi əhəmiyyətinə, tərkibinə (qida elementinə görə), fiziki-kimyəvi xassələrinə (əsasən torpaqda su ilə həll olmaları), torpaqda fizioloji fəaliyyətinə, alınma üsuluna və s. görə təsnif olunurlar. Aqrokimyəvi əhəmiyyətinə görə mineral gübrələr birbaşa və dolayı olmaqla iki yerə bölünür. Birbaşa gübrələr elə mineral gübrələrə deyilir ki, bitki lazım olan elementi birləşmə şəklində birbaşa mənimsəsin. Dolayı gübrələr torpaqda artıq mövcud olan qida maddələrinin səfərbərliyinə xidmət edir. Məsələn, üyüdülmüş əhəng, yaxud dolomit torpağın turşuluğunu aşağı salır. Gips istifadəsi isə torpağın şoranlıq xassələri yaxşılaşdırır və s. Birbaşa mineral gübrələr qida elemetlərinə görə fosforlu, azotlu, kaliumlu, maqneziumlu və s. qruplara bölünür. Qida elementlərinin miqdarına görə isə mineral gübrələr sadə (tərkibə bir qida elementi daxildir) və kompleks (tərkibə iki və daha çox qida elementi daxildir) olmaqla iki yerə ayrılır.

Bizimlə əlaqə





    Axtarmaq istədiyiniz məlumatı daxil edin

    YOUR CART

    No products in the cart.