Description
Kalium nitrat – tərkibi 13,7% nitrat azotu və 46% kalium oksidindən (38,4%) ibarət olan ağ kristal toz formasında suda həll olunan NK gübrəsidir.
Bitkilərin (tərəvəzlər, çiyələklər, tütün, kartof, meyvə ağacları, üzüm, sitrus, ananas, pambıq, banan, manqo, zeytun və s.) böyüməsini, uzanmasını sürətləndirir və xəstəliklərə qarşı müqavimətini artırır.
Tərəvəz və meyvə ağaclarında tumurcuq və çiçək əmələ gəlməsini, meyvələrin keyfiyyətini yaxşılaşdırır, qida maddələrinin kökdən sovrulub yarpaq və meyvələrə ötürülməsini, maddələrin yarpaqdan meyvələrə daşınmasını sürətləndirir. Bu xüsusiyyəti ilə məhsulun böyük, dolğun və rənginin canlı olmasını təmin edir, meyvələrin tökülməsinin qarşısını alır, saxlanma və rəf ömrünü uzadır.
Torpağa Potasium Nitrat verilməzdən öncə əkiləcək bitkinin vegetasiya dövründə nə qədər kaliuma ehtiyacı olduğunu bilmək lazımdır. Bu səbəbdən torpaq analizi olunur, tərkibindəki maddələrin miqdarı müəyyən olunur. Çünki torpağın tipi gübrə miqdarı üçün vacib faktordur.
Potasium Nitrat parçalana bilən təsirli maddə olduğundan günəş düşən yerdə saxlanılması tövsiyə edilmir. Potasium Nitratı +4-dən, +20 dərəcəyə qədər rütubətsiz, günəş düşməyən məkanda 9-24 ay saxlamaq mümkündür.