PESTİSİD NƏDİR?

Pestisid sözü latınca “pestis” – yoluxucu xəstəlik – və “sido” – öldürürəm, məhv edirəm – sözlərinin birləşməsindən yaranmış terminologiyadır.

Pestisidlər bitki zərərverici və xəstəliklərinə, həmçinin, alaq otlarına qarşı mübarizədə istifadə olunan effektiv vasitədir.

Pestisidlər taxıla və taxıl məhsullarına, pambıq məmulatları, yun, dəri, eyni zamanda insan və heyvanlarda təhlükəli xəstəlik yayanlara qarşı mübarizədə də istifadə edilir.

Bu dərman vasitələrindən kənd təsərrüfatında yetişdirilən məhsulları ziyanvericilərdən qorumaq, bitkilərin məsuldarlığını artırmaq üçün istifadə edilir.

PESTİSİDLƏRİN NÖVLƏRİ VƏ KİMYƏVİ TƏRKİBİ

Pestisidlər kimyəvi tərkibinə görə iki qrupa ayrılır: üzvi birləşmələr və qeyri-üzvi birləşmələr.

Son 60-70 ildə üzvi pestisidlərin istifadəsi daha yüksək miqdarda istifadə edilməyə başlanıb.

Pestisidlər istifadə məqsədinə görə aşağıdakı əsas qruplara bölünür:

İnsektisidlər – həşəratlarla mübarizə üçün nəzərdə tutulub

Akarisidlər – gənələri məhv etmək üçün preparatlar

Nematosidlər – nematod xəstəliyinin törədicisi olan girdə qurdları məhv etmək üçün

Fungisidlər – müxtəlif bitki xəstəliklərinə qarşı mübarizədə istifadə edilir

Bakterisidlər – bakteriyalarla mübarizədə istifadə edilir

Virisidlər – viruslar məhv etmək üçün

Herbisidlər – alaq otlarını məhv etmək üçün faydalıdır

Zoosidlər – gəmiriciləri qarşı istifadə edilir

Antifidinqlər – cücülərə qarşı istifadə edilir

Molyuskosidlər – zərərli ilbizlərə qarşı istifadə edilir

Azərbaycanda ən çox istifadə edilən bitki dərmanları - pestisidlər

Azərbaycanda kənd təsərrüfatı sektorunda ən çox herbisidlər, insektisidlər və funkisidlər istifadə edilir. Bu maddələrə tələbat hər il daha da artır.

Pestisidlər zərərli orqanizmləri necə məhv edir?

Təsir mexanizminə görə pestisidlər fərqli qruplara ayrılır:

həşaratların hər hansı orqanına toxunmaqla onları məhv edən zəhərlər;

həşəratlara həzm sistemi vasitəsi ilə təsir edənlər;

sistemli təsir göstərənlər;

həşaratların tənəffüs yolu ilə təsir edənlər;

Alaq otları ilə mübarizədə tətbiq olunan herbisidlər də bir neçə fərqli qrupa ayrılır: kütləvi təsir edənlər və selektiv təsir edənlər.

Pestisidlərdən – bitki dərmanlarından istifadə qaydaları

Pestisidlərlə işləyərkən xüsusi mühafizə vasitələrindən (xüsusi geyim və ayaqqabılar, respirator, əleyhqaz, qoruyucu gözlüklər) istifadə edilməlidir. Pestisidləri doğru şəkildə istifadə etmədikdə mənfi təsirlər göstərə bilir.

Axtarmaq istədiyiniz məlumatı daxil edin

YOUR CART

No products in the cart.