İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti,
Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Sizin müdrik rəhbərliyinizlə ölkəmiz son illərdə mühüm nailiyyətlərə imza atmış, milli maraqların qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və xalqımızın rifahının yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Sizin qətiyyətli siyasətiniz, uzaqgörənliyiniz və xalqla birliyiniz Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmış, ölkəmizi regionun lider dövlətinə çevirmişdir.

Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha böyük uğurlara imza atacaq, əmin-amanlıq və tərəqqi yolu ilə irəliləməyə davam edəcəkdir.

Bir daha Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə möhkəm sağlamlıq, ailə səadəti və Vətənimizin inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Ən xoş arzularla, Agricola.az.

Type what you are searching for:

YOUR CART

Корзина пуста.